"Qalatasaray" klubu komandanın hücum xəttini gücləndirəcək. SİA-nın məlumatına görə, klub rəsmisi Levent Nazifoğlu açıqlamasında bildirib ki, komandanın hücum mövqeyinə kömək üçün yeni futbolçuya ehtiyac var: "Heyətə yeni hücumçu cəlb etməliyik. Ancaq onu kənarda oturmaq üçün yox, oynamaq üçün transfer edəcəyik".
Bu açıqlamanın ardından isə "Qalatasaray"ın Samuel Eto`O ilə maraqlandığı müəyyənləşib. "Antalyaspor"un kamerunlu ulduz futbolçusu üçün büdcədən pul ayırmağı düşünən "cim-bom"un bir neçə gün ərzində hərəkətə keçəcəyi bildirilir. 35 yaşlı futbolçunun da bu təklifi müsbət qarşıladığı qeyd olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB