"Berluskoni, Ronaldonu yuxunda görərsən"!

"Berluskoni, Ronaldonu yuxunda görərsən"!

İspaniyanın "Real Madrid" futbol klubunun portuqaliyalı ulduzu Kriştiano Ronaldonun "Milan"a transfer olunacağı ilə bağlı məlumatlar səngimək bilmir. Siasport.az saytı xəbər verir ki, İtaliyanın Baş naziri, eyni zamanda bu ölkənin "Milan" futbol klubunun da sahibi olan Silvio Berluskoni, nəyin bahasına olursa-olsun K.Ronaldonu italyan klubuna transfer edəcəyi ilə bağlı açıqlama ilə çıxış edərək, aləmi bir-birinə qatıb. Həttda bu məsələ bütün dünyanın yüksək tirajlı KİV-lərinin ciddi müzakirə mövzusuna çevrilib. Amma kral klubunun rəsmi şəxsləri nəinki S.Berluskoni kimi düşünmürlər, həttda onu gerçəklik əvəzinə xəyal görməkdə ittiham edirlər. "Real"ın transfer məsələləri üzrə nümayəndəsi Ernesto Bronzetti, "Mana mana" ispan radiosunda çıxış edərək kral klubunun portuqaliyalı futbol ulduzunu satmaq barədə düşünmədiyini və bu məsələdə İtaliya Baş nazirinin "yuxusunda röya gördüyünü" açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə