\"Real\" Nuri Şahini istəyir, əvəzində Yurgen Kloppun telefonu susmur
Almaniya Bundesliqasının hazırkı lideri Borussiya \"Dortmund\"unun türk əsilli forvardı Nuri Şahinin İtaliyanın \"İnter\" və İspaniyanın \"Real Madrid\" futbol klublarının ciddi maraq dairəsində olması, üstəlik kral klubunun onu transfer etmək üçün konkret addımlar atmağa səy göstərməsi, klubun baş məşqçisi Yürgen Kloppun mobil telefonunun susmaması ilə nəticələnib. Siasport.az saytı xəbər verir ki, Borussiya təmsilçisinin baş məşqçisi Almaniyanın nüfuzlu və yüksək tirajlı \"Bild\" qəzetinə verdiyi müsahibədə bildirib ki, artıq neçə gündür ki, onun telefonu susmaq bilmir və klubun azarkeşləri, yüksək səviyyəli dairələr nə baş verdiyi barədə ondan məlumat öyrənməyə çalışırlar. Bu vəziyyətdən cana doyduğunu deyən baş məşqçi əlavə edib ki, 2013-cü ilədək ounun komandası ilə müqaviləsi olan Türkiyə milli komandasının futbolçusu barədə son qərarı, klubun rəhbərliyi qəbul edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB