"Abromoviç Fernando Torresə görə ödədiyi hər qəpiyinə görə peşmandır"
İngiltərənin "Çelsi" futbol klubunun ispaniyalı ulduz futbolçusu Fernando Torres, indi də ingilis mətbuatının məzhəkə hədəfinə çevrilib. Siasport.az saytı xəbər verir ki, bu ölkənin böyük tirajlı "The Sun" qəzeti, başqa bir ingilis nəhəngi "Liverpul"dan 50 milyon avroya "zadəganlar"ın düşərgəsinə transfer olunan ispaniyalı ulduz futbolçunun heç cürə qol vura bilməməsini diqqətə çəkərək, David Blainin 44 gün heç bir şey yemədən şüşə qabın içində qalaraq yaşamaq üçün nəyəsə ümid etməsini ona misal göstəriblər. İngilis qəzeti yəqin ki, F.Torresin əl-qolunu yanına salaraq kiminsə onun əvəzinə qol vuracaqı günü gözlədiyinə işarə vururlar. Qəzet əlavə edir ki, Roman Abromoviç, F.Torresə görə ödədiyi hər bir qəpiyinə görə min dəfə peşmandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB