Bakıda keçiriləcək 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılışına hazırlıq sona yaxınlaşır. SİA-nın məumatına görə, artıq mərasimin geyim eskizləri və istifadə olunacaq musiqilər təsdiqlənib.
Bakı Şahmat Olimpiadası Əməliyyat Komitəsinin rəsmi tərəfdaşı "Amapola Exclusive Events" şirkətinin dəstəyi ilə açılış üçün hazırlanan dekorasiyanın və lazımi texniki avadanlığın quraşdırılmasına başlanılıb. Bir saata yaxın davam edəcək açılış mərasimində Azərbaycanda şahmat ənənələri ilə bağlı məqamlar o cümlədən milli mədəniyyətimizin elementlərindən istifadə olunacaq.
Avqustun 25-dən etibarən Bakı Şahmat Olimpiadasının açılış mərasiminin əsas məşqləri başlayacaq.
Xatırladaq ki, 42-ci Ümumdünya Şahmat Olimpiadasının təntənəli açılış mərasimi sentyabrın 1-də keçiriləcək. Milli Gimnastika Arenasında baş tutacaq tədbir saat 19:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB