Firdovsi Umudov: "Qələbəni bütün şəhidlərimizə həsr edirik" AÇIQLAMA
"Olimpiya Oyunlarında 18 medal qazanmaq çox möhtəşəm qələbədir". SİA-nın məlumatına görə, bunu "Rio-2016" Yay Olimpiya Oyunlarından qayıdan sərbəst güləş üzrə Azərbaycan yığma komandasının böyük məşqçisi Firdovsi Umudov jurnalistlərə açıqlamasında deyib. SİA-nın məlumatına görə, o, yığmamızın uğurlu çıxışı ilə əlaqədar xaqlımızı təbrik edib: "Bütün xalqımızı təbrik edirəm. Bu, tək bizim qələbəmiz deyil, eyni zamanda bütün Azərbaycanın qələbəsidir. Sərbəst güləşçilərimiz 6 çəki dərəcəsində mübarizə aparırdı və 5 medal qazanaraq komanda hesabında birinci yerə çıxdılar. Komandamız qızıla köklənmişdi, lakin alınmadı. Bundan sonra da çalışacağıq ki, qələbələri davam etdirək. Biz aprel ayında güləşçilərlə Göygöldə təlim-məşq toplanışında olanda, cəbhədə döyüşlər gedirdi. Qələbəni bütün şəhidlərimizə həsr edirik. Allah bütün şəhidlərimizə rəhmət eləsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB