Teymur Məmmədov: "Döyüşü düzgün qurmadım" AÇIQLAMA

Teymur Məmmədov: "Döyüşü düzgün qurmadım" AÇIQLAMA

"Mən medal qazanacağıma inanırdım, ancaq döyüşü düzgün qurmadım. Komanda pis döyüşmədi. Hamının şansı var idi, əksəriyyəti medalın bir addımlığında məğlub oldu". SİA-nın məlumatına görə, bunu Heydər Əliyev adına Beynəlxalq Hava Limanında Rio-de-Janeyrodan Vətənə qayıdan Azərbaycan yığmasının XXXI Yay Olimpiya Oyunlarındakı bayraqdarı boksçu Teymur Məmmədov deyib.

O qeyd edib ki, Olimpiadada tanınmayan idmançılar da qələbə qazana bilirlər: "Olimpiya oyunları elə bir yerdir ki, orada dünya və ya olimpiya çempionu olmaq fərq etmir. Olimpiadada heç tanınmayan idmançılar çıxıb qələbə qazanırlar".

Teymur Məmmədov jurnalistlərin Özbəkistan boksçularının uğurlu çıxışı ilə bağlı sualını da cavablandırıb: "Yəqin onlar yaxşı hazırlıq prosesi keçiblər".

Bütün xəbərlər Facebook səhifəmizdə