Badminton üzrə Bakı şəhər çempionatı keçirilib

Badminton üzrə Bakı şəhər çempionatı keçirilib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin keçirdiyi tədbirlər planına müvafiq olaraq Bakı Slavyan Universitetinin idman salonunda badminton üzrə Bakı şəhər çempionatı keçirilib. Siasport.az saytı xəbər verir ki, çempionatda 4 komandanı təmsil edən 60 idmançı (onlardan 20-i qız) iştirak edib.

Oğlanlar arasında şəxsi yarışlarda I yerə Kərim Musayev ("Neftçi"İSM), qoşa yarışlarda I yerə Kənan Rzayev və Teymur Abbasov ("Neftçi"İSM), qızlar arasında şəxsi yarışlarda I yerə Nərgiz Mehdiyeva ("Təhsil"RİM), qoşa yarışlarda I yerə Alla Vbosyuk və Nərgiz Mehdiyeva ("Təhsil"RİM), qarışıq qoşa yarışlarda isə I yerə Orxan Qələndərov və Nərgiz Mehdiyeva ("Təhsil"RİM) layiq görülüb.

I, II və III yeri tutmuş idmançılar Bakı şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com