Dünən futbol üzrə UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start verilib. Qol.az-ın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçirilib. Bu oyunlardan sonra qrup mərhələsinə yüksələcək 5 komandanın adı bəlli olub. "Qarabağ"ı qitənin ən nüfuzlu klub turnirindən kənarlaşdıran "Viktoriya" (Çexiya) öz meydanında Bolqarıstanın "Ludoqorets" klubunu qəbul edib. "Seltik" (Şotlandiya) İsraildə "Hapoel"in qonağı olub. "Legiya" Polşada "Dandalk"ı (İrlandiya), "Roma" öz meydanında "Portu"nu qəbul edib. İspaniyanın "Vilyareal" klubu isə Fransada "Monako"nun qonağı olub. Pley-off-un digər 5 oyunu bu gün keçiriləcək.
23 avqust
Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
"Viktoriya" (Çexiya) - "Ludoqorets" (Bolqarıstan) 2:2 Duris, 7 (1:0), Vura, 17 (1:1), Mateju, 61 (2:1), Keseru, 90+5 (2:2)
"Hapoel" (Beyer-Şeva, İsrail) - "Seltik" (Şotlandiya) 2:0 Sahar, 21 (1:0), Hoban, 48 (2:0)
"Legiya" (Polşa) - "Dandalk" (İrlandiya) 1:1 Benson, 19 (0:1), Kuçharzik, 90+2 (1:1)
Qırmızı vərəqə: Hlousek, 67 ("Legiya")
"Roma" (İtaliya) - "Porto" (Portuqaliya) 0:3 Monteiro, 8 (0:1), Layun, 73 (0:2), Korona, 75 (0:3)
Qırmızı vərəqələr: De Rossi, 39; Emerson, 50 (hər ikisi "Roma")
"Monako" (Fransa) - "Vilyarreal" (İspaniya) 1:0 Fabinho, 90+1 (1:0)
24 avqust
22:45. APOEL (Kipr) - "Kopenhagen" (Danimarka)
İlk oyun – 0:1
22:45. "Zalsburq" (Avstriya) - "Dinamo" (Xorvatiya)
İlk oyun – 1:1
22:45. "Mançester Siti" (İngiltərə) - "Styaua" (Rumıniya)
İlk oyun – 5:0
22:45. "Rostov" (Rusiya) - "Ayaks" (Hollandiya)
İlk oyun – 1:1
22:45. "Borussiya" (M, Almaniya) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun – 3:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB