Avroliqanın yarımfinalında qarşılaşacaq cütlüklər məyyənləşdi

Avroliqanın yarımfinalında qarşılaşacaq cütlüklər məyyənləşdi

Avropa Liqasında 1/4 final mərhələsinin cavab oyunları keçirilib. Siasport.az saytı xəbər verir ki, "Benfika", "Porto", "Vilyareal" və "Braqa" yarımfinala vəsiqə qazanıb.

Yarımfinalda "Braqa" (Portuqaliya) - "Benfika" (Portuqaliya) və "Portu" (Portuqaliya) - "Vilyarreal" (İspaniya) oyunları baş tutacaq. İlk oyunlar aprelin 28-də, cavab qarşılaşmaları isə mayın 5-də olacaq.


14 aprel

1/4 final mərhələsi


"Spartak" (Moskva, Rusiya) - "Porto" (Portuqaliya) - 2:5
Qollar:
Halk, 28 (0:1). Kristian Rodriges, 45 (0:2). Freddi Quarin, 47 (0:3). Artyom Dzyuba, 52 (1:3). Radamel Falkao, 54 (1:4). Ari, 72 (2:4). Ruben Mikael, 89 (2:5)

"Braqa" (Portuqaliya) - "Dinamo" (Ukrayna) - 0:0
Qırmızı vərəqələr:
Paolo Sezar, 30 ("Braqa"). Qoran Popov, 88 ("Dinamo")

"PSV Eyndhoven" (Hollandiya) - "Benfika" (Portuqaliya) - 2:2
Qollar:
Balaş Cucak, 17 (1:0). Jeremeyn Lens, 25 (2:0). Luizao, 45 (2:1). Oskar Kardozo, 63-pen. (2:2)

"Tvente" (Hollandiya) - "Vilyareal" (İspaniya) - 1:3
Qollar:
Əmir Bayrami, 32 (1:0). Cüzeppe Rossi, 59-pen. (1:1). Markos Ruben, 84-pen. (1:2). Ruben Qrasia Kani, 89 (1:3)
Qırmızı vərəqə: Duayt Tiendalli, 59 ("Tvente")

Bütün xəbərlər Facebook səhifəmizdə