Bakıda keçirilən 5-ci beynəlxalq şahmat turniri yekunlaşmaq üzrədir

Bakıda keçirilən 5-ci beynəlxalq şahmat turniri yekunlaşmaq üzrədir
Bakıda uşaqlar arasında 5-ci beynəlxalq şahmat turniri yekunlaşmaq üzrədir. Siasport.az saytı xəbər verir ki, Bakıdakı "Gənclik" şahmat klubunun "British School" ilə birgə təşkil etdikləri yarışlarda Azərbaycan, Türkiyə, Bolqarıstan, Şotlandiya, Trinidad və Tobaqo, Gürcüstan, Polşa və Hindistandan 42 şahmatçı iştirak edir.

A turnirində Gürcüstan şahmatçısı Georgi Sibaşvili yarışın sonuna 1 tur qalmış birinci yeri özünə təmin edib. İkinci yer uğrunda gərgin mübarizə davam edir. İkinci yerə hərəyə 4,5 xal toplamış Azərbaycan şahmatçıları Zaur Abbasov, İlkin Rəhimli, dünya və Avropa çempionu Günay Məmmədzadə iddia edirlər.

B turnirində isə 10 idmançı dairəvi sistem üzrə mübarizə aparır. Bu turnirdə Cavid Məmmədzadə 8 mümkün xaldan 7 xalla birinci yerdədir. Bolqarıstanlı Martin Parvanov ikinci (6 xal), Azərbaycan şahmatçısı Xədicə Şabanova üçüncü yeri (5,5 xal) tuturlar.

Turnirin qalibləri aprelin 15-də məlum olacaq.

Turnirin qalibinə kompüter, mükafatçılara medallar, diplomlar və xatirə hədiyyələri veriləcək.

Yarışların baş hakimi beynəlxalq dərəcəli hakim Nurəli Məmmədzadədir.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com