"Xəzər Lənkəran"ın 3 futbolçusu milliyə dəvət olunub

"Xəzər Lənkəran"ın 3 futbolçusu milliyə dəvət olunub
Futbol üzrə Azərbaycan yığma komandası Almaniyanın Frankfurt şəhərində təlim-məşq toplanışı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, toplanışa çağırılan futbolçuların sırasında "Xəzər Lənkəran"ın da üç üzvü var.

Milli komandanın baş məşqçisi Berti Foqtsun siyahısında yığmanın əsas qapıçısı və komandamızın kapitanı Kamran Ağayev, həmçinin yarımmüdafiə xəttinin iki oyunçusu – Rahid Əmirquliyev və Elnur Abdullayev yer alıblar. Təlim-məşq toplanışı 18-21 aprel tarixlərində keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com