\"Porto\" Moskvada da \"Spartak\"ı rüsvay etdi: 5:2

\"Porto\" Moskvada da \"Spartak\"ı rüsvay etdi: 5:2

UEFA Avropa Liqasının 1/4 final mərhələsinin cavab oyununda Portuqaliyanın \"Porto\" futbol klubu Moskvada \"Spartak\" klubu ilə keçirdiyi qarşılaşmada 5:2 hesablı inamlı qələbə qazanaraq adını UEFA Avropa Liqasının yarımfinalçıları arasına yazdırıb. Siasport.az saytı xəbər verir ki, bir çoxlarının gözlədiklərinin əksinə olaraq Moskvalılar öz meydanlarında da portuqaliyalılara biabırçı hesabla məğlub olaraq Avropa Liqası ilə vidalaşıblar. Qonaqların heyətində Hulk, Rodriguez, Guari, Falcao və Mixael fərqləniblər. Ev sahiblərinin isə heç təsəlli tapmağa belə layiq olmayan qollarına Dzyuka və Ari imza atıblar. Rusiya təmsilçisi \"Porto\" qarşısında aldığı rüsvayçı məğlubiyyətlə, öz tarixinə yeni qara səhifə də yazmalı oldu. Çətin ki, Moskva təmsilçisinin məğlubiyyət tarixində belə anti-rekord tapıla bilsin.

Bütün xəbərlər Facebook səhifəmizdə