CAS Rusiyanın şikayətini təmin etməyib

CAS Rusiyanın şikayətini təmin etməyib

Rusiya yığmasının Braziliyada keçiriləcək Paralimpiya Oyunlarında iştirak etməyəcəyi bir daha rəsmiləşib. SİA-nın məlumatına görə, buna İdman Arbitraj Məhkəməsinin (CAS) qərarı səbəb olub.

CAS şimal qonşularımızın Beynəlxalq Paralimpiya Komitəsinin (BPK) qərarından şikayətini təmin etməyib. Belə ki, BPK avqustun 7-də Rusiya Paralimpiya Komitəsini (RPK) beynəlxalq yarışlardan kənarlaşdırmaqla bağlı qərar çıxarmışdı.

Bu addım Riçard Maklarenin Rusiya idmanında dopinqin mövcudluğu barədə hazırladığı məruzəyə əsasən atılmışdı. O, rusiyalı paralimpiyaçıların müsbət nəticə verən ən azı 35 dopinq analizinin 2011-2015-ci illərdə itirildiyini iddia edib. Rusiya Paralimpiya Komitəsi avqustun 15-də CAS-a qərarın ləğvi ilə bağlı müraciət etsə də, istəyi təmin edilməyib.

Qeyd edək ki, Rioda baş tutacaq Paralimpiya Oyunları sentyabrın 7-18-də keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə