Devran Ayhan: \"\"Bakı\" təhlükəli komandadır\"

Devran Ayhan: \"\"Bakı\" təhlükəli komandadır\"
\"Qarabağ\" klubu \"Bakı\" ilə oyunun hazırlıqlarına tam sürətlə davam edir. Siasport.az saytı xəbər verir ki, gündə bir dəfə olmaqla məşqlərini Suraxanı qəsəbə stadionunda davam etdirən komandada itki yoxdur. \"Xəzər-Lənkəran\"la baş tutmuş sonuncu oyundan öncə zədələnərək sıradan çıxan Devran Ayhan da heyətə dönüb. Artıq çalışmalarda tam gücüylə məşq edən türkiyəli yarımmüdafiəçinin meydana çıxması üçün heç bir problem yoxdu. Devran klubun rəsmi saytına fikirlərini bildirib: \"Xəzər-Lənkəran\"la oyundan öncə sağ dizimdən zədə almışdım. Daha dəqiq desək, ayağıma qan yığılmışdı. Amma şükürlər olsun ki, indi problem aradan qalxıb. Tam sərbəst məşq edirəm. Oynamamağım üçün heç bir problem yoxdur\". O, çempionatın geridə qalan hissəsini də dəyərləndirib: \"Olduqca gərgin çempionat keçir. Heç bir oyunun nəticəsinin öncədən deyə bilməzsən. \"Qarabağ\" olaraq əla formadayıq. Heyətimiz yetərincə genişdir. Son 2 oyunda qələbə qazana bilməsək də hər hansısa böhrandan danışmaq yersizdir. Özəlliklə, son oyunda heç də pis çıxış etmədik. Sadəcə qol vura bilmədik. Qarşıdan \"Bakı\"yla oyun gəlir. Bakı təmsilçisi cari mövsüm heç də qənaətbəxş çıxış etməsə də, təhlükəli komandadır. Qələbə qazanmaq istəyəcəklər. Ona görə də maraqlı oyun olacağını düşünürəm\".

Bütün xəbərlər Facebook səhifəmizdə