Ronaldo: \"Kim az səhv etsə, derbini də o qazanacaq\"

Ronaldo: \"Kim az səhv etsə, derbini də o qazanacaq\"
İspaniya La Liqasının \"Barselona\"- \"Real Madrid\" derbisinə günlər qalınca, bütün dünya mətbuatı bu məsələni ciddi olaraq müzakirə etməyə başlayıb və diqqətlər heç şübhəsiz ki, İspaniyaya yönəlib. Siasport.az saytı xəbər verir ki, \"El Klassiko\" olaraq futbol ictimaiyyəti arasında ad çıxaran bu qarşılaşma barədə vaxtaşırı hər iki ispan klubunun ulduz futbolçuları müxtəlif açıqlamaları ilə gündəmə gəlirlər. Bu dəfə isə \"Real\"ın portuqaliyalı ulduzu Kriştiyano Ronaldo \"El Klassiko\" barədə danışıb. Kral klubunun və dünyanın ən bahalı transferi olaraq futbol tarixinə keçən portuqaliyalı ulduz futbolçu bildirib ki, \"Barselona\" başqa bir planetdən gəlmir ki, bu qədər qəribə və ya təşviş keçirəcək durum yaransın. O sözünə əlavə edərək bildirib ki, kim daha az səhvə yol versə, o da qazanacaq:
\"Bu qarşılaşmanı bu qədər dramatikləşdirmək lazım deyil. Bu. futbol oyunudur. Kim daha az səhvə yol versə və xətası az olsa, o da qazanacaq. \"Real\" məğlubedilməz deyil. Bu futboldur, futbolda isə hər şey ola bilər. La Liqa və Kral Kuboku oyunları tam fərqli qarşılaşmalardır. Burada kimin qalib olacağını indidən demək sehribazlıq olar. Əminəm ki, şənbə günü keçiriləcək bu qarşılaşmanın sonunda \"Real\" azarkeşləri gülən tərəf olacaqlar\"-deyə portuqaliyalı futbol ulduzu fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə