“Qalatasaray” “Portu”nun futbolçusunu transfer edib

“Qalatasaray” “Portu”nun futbolçusunu transfer edib

"Qalatasaray" növbəti transferini həyata keçirib. SİA-nın məlumatına görə, İstanbul təmsilçisi Portuqaliya "Portu"sundan Jozeu Peşkeyranı icarə əsasında heyətinə cəlb edib. 26 yaşlı sol cinah yarımmüdafiəçi 2016/17 mövsümündə "sarı-qırmızı"lı formanı geyinəcək. Onun transferi üçün klubu "Portu"ya pul ödənilməyib. Futbolçu özü isə bir mövsümə 700 min avro qazanacaq. Joze 30 nömrəli forma altında çıxış edəcək.

Qeyd edək ki, Jozeu 2013-cü ildən Portuliqa millisinə dəvət alıb və bu komandada 4 oyun keçirib.

Bütün xəbərlər Facebook səhifəmizdə