UEFA "Seltik"i cərimələdi Azarkeşlər iki qatını yığdılar

UEFA "Seltik"i cərimələdi Azarkeşlər iki qatını yığdılar

Ötən həftə Çempionlar Liqasında Şotlandiyanın "Seltik" və İsrailin "Hapoel" klubları arasında keçirilən oyunda "Seltik"in azarkeşləri tribunada Fələstin bayrağı açıblar. SİA-nın məlumatına görə, bununla bağlı "Seltik" azarkeşlərinə intizam araşdırması başladan UEFA, klubu da cərimələyib.

Fələstin üçün yardım toplayan "Seltik" azarkeşləri isə 24 saat ərzində cərimənin iki qatını yığıblar. Xarici mətbuatda yayılan xəbərlərə görə, azarkeşlərin yığdıqları pullar fələstinlilər üçün tibbi yardıma və qaçqın düşərgəsinə bərabər şəkildə bölüncək.

Bütün xəbərlər Facebook səhifəmizdə