"Rio-2016"da nəzərdə tutulduğundan artıq medal verilib

"Rio-2016"da nəzərdə tutulduğundan artıq medal verilib

XXXI Yay Olimpiya Oyunlarında idmançılar Braziliyanı nəzərdə tutulduğundan artıq medalla tərk ediblər. SİA-nın məlumatına görə, olimpiadada 306 dəst medal sahibini tapmalı idi. Lakin yekunda 307 qızıl və eyni sayda gümüş təqdim edilib. Buna üzgüçülük yarışlarında baş verənlər səbəb olub. Əvvəl 100 m məsafəyə sərbəst üsulla üzən qadınlar qızılı bölə bilməyib. ABŞ idmançısı Simone Manuel və Kanada təmsilçisi Penni Oleksyak eyni nəticə göstəriblər – 52,70 saniyə.

Hər iki idmançıya qızıl verən təşkilatçılar bir gümüşə "qənaət etsələr" də, kişi üzgüçülər buna imkan verməyib. 100 m məsafəyə batterflyayla üzməkdə sinqapurlu Cozef Skulinq çempion olubsa, gümüşü birdən-birə 3 olimpiyaçı qazanıb. Onlar amerikalı əfsanə Maykl Felps, CAR-dan olan Çad le Klo və macarıstanlı Laslo Çexdi. Bu iki növbəti şərikli medallar 306 qızıl və eyni sayda gümüşün hərəsindən bir ədəd artıq verilməsi ilə nəticələnib. Qeyd edək ki, yarışda 361 bürünc medal təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə