"Atletiko Madrid" Ardanı transfer etmək üçün qapıçısını "Qırmızı şeytanlara" satır
İspaniyanın "Atletiko Madrid" futbol klubu "Qalatasaray"ın kapitanı Arda Turanı transfer etmək üçün maliyyə qaynağı kimi, 20 yaşlı qapıçısını transfer etməyə hazırlaşır. Siasport.az saytı xəbər verir ki, artıq məsələ klub prezidenti səviyyəsində ciddi müzakirə olunur. Belə görünür ki, Siasport.az saytı olaraq bizim bir neçə gün bundan əvvəl verdiyimiz xəbər artıq özünü tam doğruldur. Məsələ burasındadır ki, biz bir neçə gün bundan əvvəl İngiltərənin iki ən böyük klubu sayılan "Mançester Yunayted" və "Çelsi" futbol klublarının ispan klubunun 20 yaşı qapıçısı David De Geanı transfer etmək üçün mübarizəyə başladıqlarını, amma "qırmızı şeytanların" bu məsələdə daha şanslı olduqunu yazmışdıq. "Atletiko Madrid" klubunun prezidenti Cerezo da ispan mətbuatına belə bir açıqlama verib ki, "Mançester Yunayted" 20 yaşlı qapıçıya onların verdikləri puldan 5 dəfə çox pul verir və buna görə də onlar David De Geanı saxlaya bilməzlər. Təbii ki, bu məsələdə ispan klubunun götürəcəyi gəlir və qazanacağı transfer xərci də önəmli yer tutur. Məlumata əsasən "Atletiko Madrid", gənc qapıçı üçün "qırmızı şeytanlar"dan nə az, nə çox-düz 25 milyon avro pul qoparacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB