Ünal Aysal Eden Nazardı "Qalatasaray"a gətirir?

Ünal Aysal Eden Nazardı "Qalatasaray"a gətirir?
Artıq tam əminliklə demək olar ki, hazırda "Qalatasaray" futbol klubunun prezidentliyinə namizəd olan Ünal Aysal mayın 14-də keçiriləcək seçkilərdə klubun prezidenti seçiləcək. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı 70 yaşlı zəngin iş adamı özünü İstanbul klubunun prezidenti kimi hiss edərək dünyanın və Avropanın önəmli futbolçularından tutmuş məşhur futbol mütəxəssislərinə qədər bir çoxları ilə əl sıxışıb danışıqlar aparmazdı. Ü.Aysalın "Qalatasaray"ın baş məşqçi postuna gətirmək istədiyi mütəxəssiin adına da aydınlıq gəlib. Sən demə Ü.Aysal bir vaxtlar "Qalatasaray"ı da çalışdırmış Erik Geretslə bütün məsələləri danışaraq razılaşdırıb. Amma bunların içərisində ən maraqlısı, belçikalı futbol mütəxəssisinin Ü.Aysaldan hazırda bir çox məşhur Avropa klublarının da ciddi olaraq maraqlandığı və gözəl futbolu ilə hər kəsi heyran edən belçikalı Eden Nazardı transfer olunmasını istəməsidir. Fransanın "Lill" futbol klubunda forma geyinən E.Nazard, "Real Madrid", "İnter", "Mançester Yunayted" və "Arsenal" kimi klubların ciddi maraq dairəsinə düşüb və belə halda türkiyəli iş adamının onu transfer etməsi bir az mürəkkəb iş kimi görünür. Amma Ü.Aysalın Belçikada və Fransada ən böyük dairələrlə sıx əlaqədə olması onun bu istəyinin reallaşmasını bir qədər yüksəldir. xüsusi ilə bu adamın Avropanın məşhur futbol menecerləri ilə sıx əlaqəyə malik olması onun üçün böyük üstünlükdür.

Bütün xəbərlər Facebook səhifəmizdə