Moskva "Spartak"ı "Bakı"nın baş məşqçisini istəyir

Moskva "Spartak"ı "Bakı"nın baş məşqçisini istəyir
Moskva "Spartak"ı "Bakı"nın baş məşqçisi Aleksandr Starkova elçi düşüb. Siasport.az saytı xəbər verir ki, Rusiya mətbuatının məlumatına görə, latviyalı mütəxəssis hazırda "Spartak"a başçılıq edən Valeri Kaprini əvəzləməyə əsas namizəddir. Rus həmkarlarımız iddia edir ki, Karpin bu gün keçiriləcək Avropa Liqasının 1/4 final mərhələsinin "Porto" ilə cavab oyunundan sonra istefaya göndəriləcək. Çünki Portuqaliyadakı səfər matçında rəqibinə darmadağın olan Rusiya təmsilçisinin bu günkü ev oyununda hansısa sensasiyaya imza atması inandırıcı görünmür.

Bütün xəbərlər Facebook səhifəmizdə