Bu gün Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunlarına start veriləcək. SİA-nın məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma keçiriləcək. Bu oyunlardan sonra qrup mərhələsinə yüksələcək 5 komandanın adı bəlli olacaq.
"Viktoriya" (Çexiya) öz meydanında Bolqarıstanın "Ludoqorets" klubunu, "Roma" "Portu"nu, "Legiya" Polşada "Dandalk"ı (İrlandiya) qəbul edəcək. "Seltik" (Şotlandiya) İsraildə "Hapoel"in, İspaniyanın "Vilyareal" klubu isə Fransada "Monako"nun qonağı olacaq.
"Pley-off"un digər 5 oyunu sabah keçiriləcək.
23 avqust
Çempionlar Liqası
Pley-off mərhələsinin cavab oyunları
22:45. "Viktoriya" (Çexiya) - "Ludoqorets" (Bolqarıstan)
İlk oyun – 0:2
22:45. "Hapoel" (Beyer-Şeva, İsrail) - "Seltik" (Şotlandiya)
İlk oyun – 2:5
22:45. "Legiya" (Polşa) - "Dandalk" (İrlandiya)
İlk oyun – 2:0
22:45. "Roma" (İtaliya) - "Porto" (Portuqaliya)
İlk oyun – 1:1
22:45. "Monako" (Fransa) - "Vilyarreal" (İspaniya)
İlk oyun – 2:1
24 avqust
22:45. APOEL (Kipr) - "Kopenhagen" (Danimarka)
İlk oyun – 0:1
22:45. "Zalsburq" (Avstriya) - "Dinamo" (Xorvatiya)
İlk oyun – 1:1
22:45. "Mançester Siti" (İngiltərə) - "Styaua" (Rumıniya)
İlk oyun – 5:0
22:45. "Rostov" (Rusiya) - "Ayaks" (Hollandiya)
İlk oyun – 1:1
22:45. "Borussiya" (M, Almaniya) - "Yanq Boyz" (İsveçrə)
İlk oyun – 3:1
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB