\"Qalatasaray\" Avropa futbol turnirinə qatılır

\"Qalatasaray\" Avropa futbol turnirinə qatılır

İstanbulun \"Qalatasaray\" futbol klubu, Türkiyə Superliqasında yaşadığı böhranlı vəziyyətə baxmayaraq hələ də Avropanın sayğı və diqqətlə yanaşdığı bir türk klubudur. Siasport.az saytı xəbər verir ki, artıq 35 ildir ki, hər ilin iyun ayında 12 Avropa klubunun qatıldığı Avropa Futbol Turnirinə (Euro Soccer) bu il \"cim bom\" da dəvət alıb. Hollandiyada keçiriləcək bu turnirdə Hollandiyanın \"PSV Endhoven\", \"Tvente\", \"Feyenoord\", İspaniyanın \"Valensiya\", Çexiyanın \"Slavia Praqa\", Portuqaliyadan \"Sportinq\", \"Porto\", ABŞ-dan \"Hauston Dinamo\", Braziliyadan \"Houston\" kimi klublar qatılacaqlar. Turnirin baş mükafatı da olduqca yüksəkdir. Belə görünür ki, \"Avropa fatehi\", avropalıların qəlbində yaxşı yaşayır.

Bütün xəbərlər Facebook səhifəmizdə