Avropa Liqasının pley-off oyunları çərçivəsində "Qarabağ" İsveçin "Göteborg" klubunu qəbul edəcək. SİA-nın məlumatına görə, Ağdam klubu avqustun 25-i Tofiq Bəhramov adına Respublika stadionda keçiriləcək matçla bağlı azarkeşlərə müraciət ünvanlayıb: "Respublika stadionunun kassalarından bilet alarkən ətrafda gəzən insanların sizlərdən onlar üçün əlavə bilet almağınızı istəsələr, buna əməl etməyin. Məsələn, sizə yaxınlaşaraq onlar üçün əlavə 2 və ya 3 bilet almağınızı deyəcəklər. Həmin şəxslər "qara bazar"ın nümayəndələridir. Onların istəyini qəbul etməyin. Əks təqdirdə biletlər "qara bazar"a ötürülür, bu da sonda digər azarkeşlərimizin biletsiz qalmasına səbəb olur".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB