Yaşar Rüstəmov: “Nə qədər “Abşeron”a rəhbərlik edərəmsə, Mirbağır İsayevi komandanın baş məşqçi vəzifəsində görmək üçün lazımınca dəstək verəcəm”

Yaşar Rüstəmov: “Nə qədər “Abşeron”a rəhbərlik edərəmsə, Mirbağır İsayevi komandanın baş məşqçi vəzifəsində görmək üçün lazımınca dəstək verəcəm”

"Abşeron" FK-nın prezidenti Yaşar Rüstəmov son günlər klub və onun ətrafında yaradılan ajiotaja birdəfəlik son qoymaq məqsədilə aprelin 13-də ölkə mətbuat orqanlarından birində şərhlə çıxış edib. Siasport.az saytı xəbər verir ki, klubun mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, bəziləri komandanın və onun baş məşqçisinin bu uğurlarına xüsusi diqqət ayırmaq əvəzinə yarışlar başa çatmamış heç bir məntiq və dəlillərə söykənmədən M.İsayevin yerinə müxtəlif adamlarıın gətiriləcəyi barədə həqiqəti əks etdirməyən məlumatlar yayırlar. Təəssüf ki, klub rəhbərliyinin Mirbağır İsayevi dəstəklədiyi bəyənatdan sonra da, bəzi qüvvələr komanda və onun baş məşqçisi ətrafında bu səpkili informasiyalar yaymaqda davam edirlər. Bu məlumatları bir daha təkzib edən "Abşeron" FK-nın prezidenti Yaşar Rüstəmov şərhdə belə deyib: "Mən nə qədər "Abşeron" Futbol Klubuna rəhbərlik edərəmsə, o vaxta qədər də Mirbağır İsayevi komandanın baş məşqçi vəzifəsində görmək üçün lazımınca dəstək verəcəm. Çünki, bizim amalımız birdir. Bizim istəyimiz Azərbaycan millisinin (bütün yaş qrupları ilə yanaşı) və "Abşeron" Futbol Klubunun Avropa və Dünya miqyaslı turnirlərdə layiqli çıxışları, iştirakları və qələbələri naminə çalışmaqdır".

Bütün xəbərlər Facebook səhifəmizdə