Mənfurların özbaşınalığı davam edir

Mənfurların özbaşınalığı davam edir
Ermənilər Dağlıq Qarabağda özbaşınalığı davam etdirir, qondarma respublikanın növbəti - dördüncü çempionatını keçirmək istəyirlər. Siasport.az saytı xəbər verir ki, son 7 ildə 3 belə birincilik keçirə biliblər.

Sizə 7 rəqəmi qəribə görünməsin. Ermənilər sabit çempionat keçirə bilmir, görüntü yaradırlar. İlk çempionat 2004-cü ildə baş tutmuşdu. İkincisi isə 2009-cu ildə keçirilib. Keçən il də belə yarış olmuşdu. İndi də gözləyirlər ki, ABŞ-da yaşayan erməni milyarderlər pul göndərsin, dördüncü çempionata başlasınlar. Əvvəllər bu işdə milyardları xərcləməyə yer tapmayan Qraç Kaprielyanın çox köməyi dəyirdi. O, hələ 2004-cü ildə ilk çempionatın baş tutması üçün 500 min dollarından keçmişdi. Yarış 2009-cu ildə də onun yardımı sayəsində ərsəyə gəlmişdi. Amma indi Kaprielyanın Ermənistan Futbol Federasiyasının rəhbərliyi ilə problemləri var, sinəsini əvvəlki kimi qabağa vermir.

Yəqin ki, yenə birincilikdə 9 klub mübarizə aparacaq. \"Lernain Artsax\", \"Craberd\", \"Qandzasar\", \"Kirs\", \"Dizak\", \"Berdzor\", "Xaçen", \"Avo\" və \"Berd\" son iki mövsümün dəyişməz iştirakçılarıdır. \"Lernain Artsax\" qondarma respublika çempionatının şəksiz flaqmanı sayılırdı. Xankəndi klubu iki dəfə çempion olmuşdu. Amma keçən il Ağdərəni təmsil edən \"Craberd\" birinciliyi \"Lernain Artsax\"ın əlindən ala bildi.

Çempionatı mənasız edən məqamlardan biri də odur ki, cəmi 8 tur keçirilir, yəni klublar birdövrəli sistemlə yarışır. Bütün oyunlar da Xankəndindəki stadionda keçirilir. Bax, \"Lernain Artsax\"ın da xeyrinə məhz bu məqam işləyir.

Bizim üçün ağrılı fakt - ermənilər Şuşada da klub yaradıblar: \"Kirs\" bizim mədəniyyət ocağını təmsil edir. Əvvəllər \"Zəngəzur\" da var imiş. Bu klub daha yaşamır.//futbol365.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня