Berti Foqts "Qəbələ" klubunun məşqini izləyib

Berti Foqts "Qəbələ" klubunun məşqini izləyib
Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts Qəbələ şəhərinə gedib. Siasport.az saytı xəbər verir ki, B.Foqts bu gün "Qəbələ" klubunun bazasında, həmçinin Futbol akademiyasında mövcud şəraitlə tanış olub. O bildirib ki, ölkə futbolunun inkişafı məqsədilə burada görülən işlər təqdirəlayiqdir və gələcəkdə öz bəhrəsini verəcək. Daha sonra millinin baş məşqçisi "Qəbələ" klubunun məşqini izləyib.

Bütün xəbərlər Facebook səhifəmizdə