İstanbulun "Beşiktaş" futbol klubu daha bir transferini rəsmiləşdirmək üzrədi. "Qara qartal" braziliyalı Anderson Taliskanı heyətinə qatmaqda israrlıdır. İstanbul klubunun yaydığı açıqlamada bildirilir ki, braziliyalı futbolçunun icarəyə götürülməsi üçün özü və klubu "Benfika" ilə danışıqlar başlayıb.
Qeyd edək ki, "Benfika" Anderson Taliskanı 2014-cü ildə Braziliyanın "Bahya" klubundan 4 milyon avroya alıb. Hazırda "Transfermarkt" 22 yaşlı hücumçuya 7,5 milyon avro qiymət qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB