Avqustun 22-də AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri və texniki direktor Bernhard Lippertlə ilə görüşüb. Görüşün əsas müzakirə mövzusu 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması olub. Yığmanın Qazaxıstanda təşkil olunmuş "Prezident kuboku" turnirində çıxışı barədə ətraflı müzakirə aparılıb. İclasda komandanın qarşıdakı yarışlarda daha yaxşı nəticələr göstərməsi üçün müvafiq təklif və tövsiyələr səsləndirilib.
Qeyd edək ki, Azərbaycan millisi "Prezident kuboku"nda beşinci yeri tutub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB