Qonzalo Hiquain: "Qollar vurmağa davam edəcəyəm"

Qonzalo Hiquain: "Qollar vurmağa davam edəcəyəm"

Qonzalo Hiquain İtaliya A Seriyasının 1-ci turunda "Juventus"un "Fiorentina" üzərində qələbəsində əsas pay sahibi oldu. SİA-nın məlumatına görə, argentinalı hücumçu oyundan sonrakı açıqlamasında bunları deyib: "Məni "piyli" adlandırmağa davam edin. Mən də qollar vurmağa davam edəcəyəm. Bunun hardan çıxdığını başa düşmürəm. 20 gün məşq etmişəm. Bu cür debüt oyunları hər kəsin arzusudur. Hər şey yaxşı getdi. Mənim qolum kənardan asan görünə bilər. Amma belə deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə