“Qarabağ” - “Göteborq” matçını rusiyalı hakimlər idarə edəcək

“Qarabağ” - “Göteborq” matçını rusiyalı hakimlər idarə edəcək

Avropa Liqasının pley-off mərhələsində keçiriləcək "Qarabağ" - "Göteborq" oyununa hakim təyinatları açıqlanıb. SİA-nın məlumatına görə, oyunu rusiyalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Vladislav Bezborodov olacaq. Ona Valeriy Dançenko və Maksim Qavrilin kömək edcəcək. Dördüncü hakim funksiyasını Kirill Levnikov yerinə yetirəcək.

Rusiyalı hakim "Qarabağ"a yad deyil. Belə ki, UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsinin ilk oyununda İsveçrədə yerli "Young Boys"la "Qarabağ"ın görüşünü Vladislav Bezborodov idarə etmişdi. Ağdam təmsilçisi minimal hesablı qələbəyə sevinmişdi.

Qeyd edək ki, avqustun 25-i Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə