Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi

Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi

Dubayda (BƏƏ) Azərbaycandan olan beş şahmatçının da iştirak etdiyi beynəlxalq "Dubay Open" şahmat turniri davam edir. Siasport.az saytının məlumatına əsasən, 3 turdan sonra aktivində 3 xal olan Azərbaycan şahmatçısı Sərxan Quliyev turnir cədvəlində birinci yeri tutur, 3-cü turda o erməni Zaven Andriasyana qalib gəlib.
167 şahmatçının iştirak etdiyi turnirdə hərəyə 2,5 xal toplamış Nicat Məmmədov və Qədir Huseynov 23-24-cü yerləri bölüşürlər. Orxan Abdulov 2 xal ilə 37-ci, Loğman Quliyev isə 1,5 xal ilə 92-ci yerdədir. Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Özbəkistan, Fələstin, Qətər, İran, Hindistan, Sinqapur, Malayziya, Çin, Banqladeş, Böyük Britaniya, Misir və Ermənistan şahmatçılarının iştirak etdiyi, 9 turdan ibarət olacaq turnir aprelin 18-də başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə