Mahir Şükürov Vaqif Sadıqovu \"yıxıb-sürüdü\" - MÜSAHİBƏ

Mahir Şükürov Vaqif Sadıqovu \"yıxıb-sürüdü\" - MÜSAHİBƏ

Siasport.az saytı milli komandanın və \"Qəbələ\" klubunun futbolçusu Mahir Şükürovun müsahibəsini nəzərinizə çatdırır:

- \"Anji\"nin heyətindən uzaqlaşdırılmağında Vaqif Sadıqov və Hacı Hacıyevi də günahlandırırsan. Niyə Vaqif Sadıqovun sənin komandadan uzaqlaşdırılmağında əli olduğunu düşünürsən?

- Komandadan bir azərbaycanlı futbolçu uzaqlaşdırılır, onun xəbəri yoxdu. Sən məşqçisən, soruşmalısan, maraqlanmırsan. Elə şey olar ki, azərbaycanlı futbolçu komandadan getsin, sən maraqlanmayasan? Mənə zəng edib deyir ki, heç nədən xəbərim yoxdur. Necə məşqçisən ki, baş məşqçin futbolçu ilə yollarını ayırır və sənin xəbərin yoxdur. Yəqin, sən orda məşqçi deyilsən, maketsən.

- V.Sadıqovun sənin komandadan getməyinə göz yumduğunu, yoxsa elə bu məsələdə onun da əlinin olduğunu düşünürsən?

- O, özünə hörmət edirdisə, Hacıyevə deyərdi ki, Mahiri qoy bir tərəfə, mənə hörmət et. Sən məni bura gətirmisən, sonra buradan azərbaycanlı futbolçu gedir. Camaat necə fikirləşər? Sən bilirsən ki, mən milli komandanın oyunçusuyam. Orada da millinin oyunçusu çox deyil. Özü də bilirdi ki, bizim qarşıda milli komanda ilə çətin oyunlarımız var. Belə bir məqamda sən məni futbolsuz qoyursan. O, tək mənə qarşı yox, ümumiyyətlə, Azərbaycan futboluna qarşı çıxdı. Necə olur ki, sən Hacıyevlə birgə gəlib Elxan Məmmədovla görüşürsən, sonra gedib məni \"Anji\"dən uzaqlaşdırırsan? Bu nə məna verir? Guya futbolun inkişafına kömək edir. Necə kömək edirsən ki, sən komandadan azərbaycanlı futbolçu çıxardırsan? Mənim komandadan uzaqlaşdırılmağında onun əli var, hər şeyə ona görə göz yumub.

- \"Anji\"dən uzaqlaşdırıldığın üçün təəsüf hissi keçirirsən?

- Təəsüf hissi bilirsən necə keçirirəm? Mən orada hələ də oynaya bilərdim, gücümü göstərə bilərdim. İmkan vermədilər.


- Başqa hansı klublardan təklif almışdın? Adlarını açıqlaya bilərsən?

- Bəli, başqa klublardan təkliflər almışdım, amma adlarını açıqlamayacam. Sağ olsun \"Qəbələ\" mənim üçün hər bir şərait yaratdı, yaxşı təklif göndərdi.

- Müqavilə bağladığınız məbləği açıqlaya bilərsən?

- Məbləği konkret açıqlamaq istəmirəm, amma yüksək məbləğ olduğunu deyə bilərəm.

- Bu məbləğ digər klubların təklif etdiyi məbləğdən yüksək idi?

- Bəli.

- Belə çıxır ki, \"Qəbələ\"yə gəlməyində əsas amil bu klubun digərlərindən fərqli olaraq daha çox pul təklif etməsi olub?

- Açığı məbləğə görə deyil. Baş məşqçiylə söhbətim oldu. O, planlarını mənə açıqladı və gördüm ki, fikrimiz üst-üstə düşür. Ona görə də burda oynamağa razılıq verdim. Çoxusu deyir ki, pul önəmli deyil, əsas futboldu. Amma bütün dünyada belədi ki, futbolçuya hansı klub daha yüksək məbləğ təklif edirsə, ora da gedir.

- Belçika matçında zəif oyununa görə çox tənqid olundun. Bununla bağlı fikirlərini bilmək istərdim.

- Bəzi jurnalistlərimiz gözləyir ki, oyunçu bir dəfə zəif oynasın və onu tənqid etsinlər. Yaxşı, mən zəif oynadım, bəs o birilər? Fikirləşsinlər ki, qolun ötürməsini kim verdi, ötürmə hardan gəldi...

- Onda belə çxır ki, mediadan incimisən...

- İncimisən deyəndə ki, yazanda bir az diqqətli olmaq lazımdır. Hamı deyir \"Mahir, Mahir\". Yaxşı birdən Mahir həmin səviyyəyə qayıtsa, necə olacaq?

- Necə fikirləşirsən, elə bir futbolçumuz var ki, yığma komandaya çağırılmalıdır, amma çağırılmır?

- Fikrimcə, kim layiqdirsə, o da çağrılıb.

- Yığmanın uğursuz çıxışı ilə bağlı nə düşünürsən?

- Belçika yığmasının futbolçuları sürətli oyun tempini hər həftə görürlər. Onların heyətində İngiltərədə, İtaliyda çıxış edənlər var. Amma bizdə elə temp yoxdur axı. Bizim futbolçularımız süni meydançada oynayır, keçir təbi örtüklü meydançaya. Onlarda isə elə şey yoxdur. Onlar bütün günü təbii örtüklü meydançada məşq edilər. Biz deyirik bizim futbolda inkişaf var. Amma bizdə inkişaf yoxdur. Real danışsaq belədir. Ona görə də onların bizdən ən əsas üstünlüyü budur. Oyun başlamazdan öncə meydança sulanır, amma bizdə belə şey yoxdur.

- Bəs məşqçi amili rol oynamır?

- Məşqçi barəsində danışmayacam. Amma vaxt gələcək ki, danışacam. İndi danışmaq istəmirəm.

- Milli komandada görülən işlər səni qane edir?

- Milli üçün bütün şərait yaradılıb. Əsas odur ki, yığma komandaya klublardan göndərilən futbolçular necə gəlir.

İlkin Vidadioğlu

Fanat.az

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com