"Qarabağ" - "Göteborq" matçının biletləri satışa çıxarılıb

"Qarabağ" - "Göteborq" matçının biletləri satışa çıxarılıb

Avropa Liqasının "pley-off" mərhələsində keçiriləcək "Qarabağ" - "Göteborq" (İsveç) cavab qarşılaşmasının biletləri bu gün satışa çıxarılıb. SİA-nın məlumatına görə, azarkeşlər biletləri görüşün keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionun kassalarından əldə edə bilərlər. Biletlərin qiyməti nömrəli sektorlara görə 1-5 AZN arasında dəyişir. VİP sektora isə biletlərin qiyməti 30 AZN-dir.

1-5 və 24-28 nömrəli sektorlar - 1 AZN

6-10 və 19-23 nömrəli sektorlar - 2 AZN

11-18 nömrəli sektorlar - 5AZN

VİP - 30 AZN

Bütün xəbərlər Facebook səhifəmizdə