AZAL-ın futbolçusu xəstəxanadan çıxdı

AZAL-ın futbolçusu xəstəxanadan çıxdı
"Bakı" ilə oyunda ciddi zədə alaraq təcili tibbi yardım maşınında xəstəxanaya çatdırılan AZAL-ın futbolçusu Eleandro Pema artıq evə buraxılıb. Siasport.az saytı xəbər verir ki, iki gün əvvəl Mərkəzi Gömrük Hospitalında körpücük sümüyndə əməliyyat aparılan albaniyalı futbolçu bu gün xəstəxananı tərk edib. Həkimlər onun ən azı 1 ay müalicə olunmasını bildiriblər. Bu səbəbdən Pema may ayının 10-dan sonra komandanın məşqlərində iştirak edə biləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə