Qurban Qurbanov: "Baş verən sonuncu olay bizim "Xəzər Lənkəran" azarkeşiylə ümumi münasibətlərimizi əks etdirə bilməz"

Qurban Qurbanov: "Baş verən sonuncu olay bizim "Xəzər Lənkəran" azarkeşiylə ümumi münasibətlərimizi əks etdirə bilməz"
"Xəzər Lənkəran" Azərbaycanın ən böyük klublarından biridi. Azərbaycanın futbolunun inkişafında "Xəzər Lənkəran"ın gətirdiyi yeni nəfəs danılmazıdı. Xüsusilə, cari mövsüm Mirça Rednikin başçılığı altında yaranmış komanda oyunu ilə azarkeşlərə zövq verir. Sonuncu oyunumuzdan da hər kəsin həzz aldığını düşünürəm". Siasport.az saytı xəbər verir ki, bu sözləri fanat.az-a açıqlamasında "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.

Baş məşqçi son oyundan sonra bir "Xəzər Lənkəran" azarkeşi ilə aralarında yaranan insidentlə bağlı da danışıb: "Lənkəranda həmişə tam fərqli abu-hava olur. Lənkəranda qazandığımız hər 2 qələbədə yerli azarkeşlər bizi alqışlarla yola salmışdılar. Onların hər zaman düzgün futbol anlayışı və ədalətli olduğunu düşünürəm. Təbii ki, baş verən sonuncu olay bizim "Xəzər Lənkəran" azarkeşiylə ümumi münasibətlərimizi əks etdirə bilməz. Həyatda səhvsiz insan olmur. Həmin insanla tanış olduq, mehribanlıqla söhbət etdik. Baş verənləri unutduq getdi. Qardaşcasına sağollaşıb ayrıldıq. Biz yenə də Lənkəran camiəsinə əvvəlki hörmətlə yanaşırıq".

Qurbanov Mirça Rednikə təşşəkkür edib: "Xəzər Lənkəran"ın baş məşqçisi Mirça Rednikin dostcasına mənə verdiyi dəstəyə görə ona öz təşəkkürümü bildirirəm. Artıq hər şeyin unudulmasını istəyirəm. Baş verənlərin bizimlə "Xəzər Lənkəran" arasında münasibətlərimizə kölgə salmayacağıma əminəm".

Bu gün 39 yaşını qeyd edən Qurban bəy lənkəranlı azarkeşlərdən də təklif aldığını bildirib: "Bu gün ad günüm münasibətiylə "Cənub" TV-dən zəng etmişdilər. Bütün lənkəranlılar adından ad günümü təbrik etdilər. Mənə hörmət etdiklərini bildirdilər. Xəlil də mənə zəng etmişdi. Ad günümü təbrik edib, uğurlar arzuladı. Sağ olsunlar. Hər birinə diqqətlərinə görə öz minnətdarlığımı bildirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com