Boks üzrə WSB liqasında ilk yarımfinal görüşündə "Paris United" klubunu 4:1 hesabı ilə məğlub edən "Baku Fires" cümə günü cavab qarşılaşmasına çıxacaq. Siasport.az saytı xəbər verir ki, artıq hər iki komandanın heyəti məlum olub. Fransa klubu komandamızın qarşısına güclü heyətlə çıxacaq. Ən yüngül çəkidə Olimpiadaya lisenziya uğrunda qazaxıstanlı Kanat Abutalipovla döyüşəcək Nordin Oubaali meydan sahiblərinin ən güclü idmançılarından biridir. O, "Baku Fires"in ən gənc üzvlərindən olan 18 yaşlı Tuqstsoqt Nayambayarla üz-üzə gələcək. Monqolustan boksçusu hələ 17 yaşı olarkən Milanda keçirilmiş dünya çempionatında gümüş medala layiq görülmüşdü. 61 kq çəki dərəcəsində Koba Pxakadzenin rəqibi Raçid Azzedin olacaq. Fransalı idmançı bu mövsüm WSB liqasında 5 qələbə qazanıb. 27 yaşlı Pxakadzenin aktivində isə cəmi bir qələbə var.
London Olimpiadasına lisenziya uğrunda vuruşacaq Soltan Migitinov bu
görüşdə də komandamızın əsas qələbə ümidlərindəndir. Maraqlıdır ki, onun rəqibi
Mişel Tavares bu mövsüm yalnız ukraynalı Sergey Derevyançenkoya uduzub. Derevyançenko
mayın 27-də fərdi döyüşdə Migitinovla qarşılaşacaq.
85 kq çəki dərəcəsində Rizvan Əlimuradovun rəqibi xorvatiyalı Hrvoje
Sep olacaq. "Baku Fires"in üzvü Əlimuradov bu mövsüm 3 görüşdə yalnız bir
qələbə qazanıb.
Komandamızın ən məhşur üzvü-Sergey Xaritonov bu dəfə Filip Hrqoviçi
nokauta salmağa çalışacaq. Xatırladaq ki, rusiyalı ulduz WSB liqasında ilk
görüşündə Avusone Yekenini cəmi bir neçə saniyəyə təslim olmağa məcbur etmişdi.
18 yaşlı Hrqoviç 2010-cu ildə Bakıda keçirilmiş gənclər arasında dünya
birinciliyinin qalibidir.
Qeyd edək ki, digər yarımfinal görüşündə "Los Angeles Matadors" "Astana Arlans" klubunu qəbul edəcək. Bu komandaların ilk görüşündə Qazaxlstan komandası 4:1 hesabı ilə qələbə qazanmışdı. "Paris United" - "Baku Fires" görüşü aprelin 15-i saat 23.45-də başlayacaq.
54 kq
Nordin Oubaali – Tuqstsoqt Nayambayar
61 kq
Rachid Azzedin – Koba Pxakadze
73 kq
Mişel Tavarez – Soltan Migitinov
85 kq
Hrvoje Sep – Rizvan Əlimuradov
91+kq
Filip Hrqoviç – Sergey Xaritonov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB