"Qəbələ" klubunun baş məşqçisi Toni Adams Azərbaycan Premyer Liqasının
fotmatı barədə danışıb. Siasport.az saytı xəbər verir ki, bu gün keçirilən
mətbuat konfransında bu məsələyə toxunan baş məşqçi PFL-in işinə qarışmaq fikrinin
olmadığını, ancaq öz subyektiv fikirlərini dediyini bildirib: \"İlk
\"altılıq\"da komandaların məqsədi məlumdur. Onlar çempionluq və
Avroliqa yarışlarına vəsiqə üçün mübarizə aparırlar. Ancaq ikinci
\"altılığ\"ın klubların mübarizə əzmini öldürdüyünü düşünürəm. Məsələn,
Azərbaycan Premyer Liqası Şotandiyadakı çempionat kimi təşkil oluna bilər. Çempionatda
10 klub 4 dövrəlik sistemdə yarışa bilərlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB