Braziliya "Rio-2016"da çempion oldu

Braziliya "Rio-2016"da çempion oldu

Rio-de-Janeyroda keçirilən Olimpiadada kişilərin futbol yarışı başa çatıb. SİA-nın məlumatına görə, finalda Braziliya və Almaniya milliləri qarşılaşıb.

Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb. Əlavə vaxtda qapılaraq qol vurulmadığından qalib penaltilərlə müəyyənləşib. Burada daha dəqiq olan meydan sahibləri 5:4 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.

Braziliya - Almaniya - 1:1 (Penaltilər - 5:4)

Bütün xəbərlər Facebook səhifəmizdə