İngiltərənin "Liverpul" futbol klubunu uzun müddət çalışdırmış ispaniyalı futbol mütəxəssis Rafael Benitez yenidən doğma vətəninə qayıdır. Siasport.az saytı xəbər verir ki, "Liverpul"dan ayrıldıqdan sonra bir müddət İtaliyanın "İnter" klubunda baş məşqçilik edən ispaniyalı futbol mütəxəssisi, burada da ard-arda alınan uğursuz nəticələrdən sonra , indi də "Atletiko Madrid" futbol klubunun sükanı arxasına keçməyə hazırlaşır. İspaniyanın "Marça" nəşri yazır ki, "Liverpul"un əfsanə baş məşqçisi olmuş R.Benitez, "Atletiko Madrid"də Quiqui Sances Floresi əvəzləyəcək. Qəzet iddia edir ki, artıq İspaniya təmsilçisinin menecerləri də öz həmvətənləri ilə danışıqıar aparmaq üçün son hazırlıqları görürlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB