Azərbaycan gimnastı, Avropa Oyunlarının gümüş medalçısı Marina Durunda "Rio-2016" Yay Olimpiya Oyunlarında fərdi çoxnövçülük üzrə final yarışlarında medallar uğrunda mübarizə aparıb. SİA-nın məlumatına görə, onun rəqibləri rusiyalı Marqarita Mamun və Yana Kudryavtseva, belaruslu Katsiarina Halkina və Melitina Staniouta, fransalı Kseniya Mustafayeva, ispan Karolina Rodrigez, cənubi koreyalı Cae Yen Son, ukraynalı Qanna Rızaddinova və bolqarıstanlı Nevyana Vladinova olub.
Gimnastımız 4 hərəkətin yekununda hakimlərdən 69.748 xal alaraq 9-cu yerlə kifayətlənməli olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB