Dünən keçirdiyi mətbuat konfransında rəsmi olaraq "Qalatasaray"ın prezidentliyinə namizədliyini açıqlayan Ünal Aysal, belə görünür ki, mayın 14-də keçiriləck prezident seçkilərində qalib gələcəyinə əmindir. Siasport.az saytı xəbər verir ki, belə olmasaydı, Ü.Aysal dünyanın və Avropanın bir sıra məşhur klublarının futbolçularının transfer siyahısına daxil etməzdi. İtaliyanın məşhur idman nəşri "La Qazetta dello" yazır ki, Ü.Aysal, "Qalatasaray"ın prezidenti seçiləcəyi təqdirdə "Milan"ın 35 yaşlı forvardı Klarenso Seedorfu İstanbul klubunda görmək istəyir. İtalyan klubunun forvardı sərgilədiyi oyunla Ü.Aysalın və onun menecerlərinin diqqətini özünə çəkə bilib. Amma K.Seedorfu transfer etmək istəyi 70 yaşlı iş adamına ucuz başa gəlməyəcək. Çünki "Milan" da bu futbolçunu İstanbula buraxmaq istəməyəcək. Ona görə də, "Qalatasaray"ın prezidenti olmağı düşünən Ü.Aysal, pul kisəsinin ağzını geniş açmalı olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB