"Barselona" yeni mövsümə darmadağınla başladı

"Barselona" yeni mövsümə darmadağınla başladı

"Barselona" futbol klubu bu mövsüm İspaniya La Liqasında ilk oyununa çıxıb. Kataloniya klubu yeni mövsümün ilk qarşılaşmasında dünən doğma meydanda "Betis"i qəbul edib. Görüş "Barsa"nın 6:2 hesablı qələbəsi ilə başa çatıb.

"Barselona" - "Betis" - 6:2
Qollar: Arda Turan, 6 (1:0), Ruben Kastro, 21 (1:1), Lionel Messi, 37 (2:1), Luis Suares, 42 (3:1), 56 (4:1), Lionel Messi, 58 (5:1), Luis Suares, 82 (6:1)

Qeyd edək ki, "Barselona" ötən mövsüm La Liqanın qalibi olub.

Bütün xəbərlər Facebook səhifəmizdə