Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçki Topaz Premyer Liqasını diqqət mərkəzində saxlayır. Xorvatiyalı mütəxəssis çempionatın üçüncü turunun daha bir görüşünü izləyəcək.
Ötən gün "İnter" ilə "Kəpəz" (2:2) arasında oynanılmış qarşılaşmanı seyr edən R.Prosineçki avqustun 21-də "Qarabağ"–"Neftçi" matçında da iş başında olacaq. O, əzəli rəqiblərin "Əlincə" stadionunda keçiriləcək matçını tribunadan izləyəcək. Qeyd edək ki, "Qarabağ"–"Neftçi" görüşü saat 20:00-da başlayacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB