Azərbaycan taekvondoçusu “Rio-2016”da 1/4 finala yüksəlib

Azərbaycan taekvondoçusu “Rio-2016”da 1/4 finala yüksəlib

Rio-de-Janeyrodakı XXXI Yay Olimpiya Oyunlarındakı taekvondo yarışlarında mübarizəyə qoşulan Azərbaycan idmançısı, "Bakı-2015"in qalibi, dünya və Avropa çempionu Radik İsayevin ilk çıxışı uğurlu olub. SİA-nın məlumatına görə, turnirdə 80 kq-dan yuxarı çəki dərəcəsində kişilərin mübarizəsində yarışan taekvondoçumuz Radik İsayev 1/8 final mərhələsindəki ilk görüşündə qazaxıstanlı Ruslan Japarovla qarşılaşıb. Qazaxıstanlı idmançı ilə döyüşdə rəqibini 11:2 hesabı ilə məğlub edən milli komandamızın üzvü R.İsayev 1/4 final mərhələsinə adlayıb.

Qeyd edək ki, "Rio-2016"dakı taekvondo yarışlarının üçüncü günündə qadınlar arasında 67 və kişilər arasında 80 kq-dan yuxarı çəki dərəcələrində qaliblər müəyyənləşəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə