"İnter" Nuri Şahini transfer etmək üçün 30 milyon avrodan keçməyə hazırdır

"İnter" Nuri Şahini transfer etmək üçün 30 milyon avrodan keçməyə hazırdır

Almaniya Bundesliqsının hazırkı lideri Borussiya "Dortmund"unun əsas hücumçusu Nuri Şahin İtaliyanın "İnter" futbol klubuna keçə bilər. Siasport.az saytı xəbər verir ki, italyan klubunun menecereləri artıq mövsümün sonunda bu transferi reallaşdırmaq üçün indidən əllərini çırmalayıblar. "Mediaset" kanalı da "İnter"in daxilindəki qaynaqlara istinadən dünən bununla bağlı məlumat yayımlayıb. Məlumatda qeyd olunur ki, Milan təmsilçisi türk əsilli alman futbolçunu transfer etmək üçün 30 milyon avrodan keçməyə də hazırdır. Məlumatda eyni zamanda alman klubunun N.Şahini buraxmaq istəməməsi də qeyd olunur.

Bütün xəbərlər Facebook səhifəmizdə