Şərif Şərifov yarımfinalda uduzdu

Şərif Şərifov yarımfinalda uduzdu

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında Azərbaycanı təmsil edən sərbəst güləşçi Şərif Şərifov finala vəsiqə qazana bilməyib. "Report"un məlumatına görə, 86 kq çəki dərəcəsində çıxış edən Olimpiya çempionumuz yarımfinalda Abdulrəşid Sadullayevə uduzub. "Bakı-2015" I Avropa Oyunlarının qalibi olan rusiyalı idmançı 8:1 hesabı ilə qalib gəlib. Bununla da "London-2012"in qalibi olan Şərifov titulunu qorua bilməyib. O, budəfəki olimpiadanın qalibi olmaq üçün bürünc medal uğrunda döyüşə çıxacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə