Mikayıl Nərimanoğlu və Şəhla Sultanova UEFA-nın seminarında iştirak edəcək

Mikayıl Nərimanoğlu və Şəhla Sultanova UEFA-nın seminarında iştirak edəcək
Aprelin 14-də və 15-də Çexiyanın Praqa şəhərində UEFA-nın media ilə bağlı seminarı keçiriləcək. Siasport.az saytı xəbər verir ki, tədbirdə AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu və 2012-ci ildə Azərbaycanda keçiriləcək 17 yaşadək qızlardan ibarət komandalar arasında dünya çempionatının yerli Təşkilat Komitəsinin mətbuat üzrə mütəxəssisi Şəhla Sultanova iştirak edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə