Rio-de-Janeyroda təşkil olunan XXXI Yay Olimpiya Oyunlarında bu gün idmançılar 30 dəst medal uğrunda yarışacaqlar. SİA-nın məlumatına görə, kişilər arasında 17, qadınların mübarizəsində isə 13 dəst medal sahibini tapacaq.
Kişilərin mübarizəsində badminton (şəxsi), avarçəkmə (bir nəfərlik qayıqla 200, ikinəfərlik qayıqla 100, dördnəfərlik qayıqla 500 metr məsafəyə yürüş), boks (56, 75 kq), suya tullanma (10 metr hündürlükdən tullanma), futbol, sərbəst güləş (86, 125 kq), su polosu, müasir beşnövçülük, atletika (1500 və 5000 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet, nizəatma) və taekvondo (80 kq-dan yuxarı) yarışlarında qaliblər müəyyənləşəcək.
Qadınlar arasında isə qolf, avarçəkmə (dördnəfərlik qayıqla 500 metr məsafəyə yürüş), triatlon, velosiped idmanı (mauntinbayk), boks (51,56 kq), bədii gimnastika (fərdi çoxnövçülük), basketbol, həndbol, atletika (hündürlüyə tullanma, 800 metr məsafəyə qaçış, 400 metr məsafəyə estafet) və voleybol üzrə yarışlarda medallar sahibini tapacaq.
Olimpiadanın 15-ci günündə 4 Azərbaycan idmançısı mübarizə aparacaq. Yarışda sərbəst güləşçilərimiz Şərif Şərifov (86 kq), Cəmaləddin Məhəmmədov (125 kq), taekvondoçumuz Radik İsayev (80 kq-dan yuxarı) və bədii gimnast Marina Durunda ölkəmizi təmsil edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB